Tramp ABŞ-ın Venesuelaya zərbə endirməyi planlaşdırmadığını bildirib

Tramp ABŞ-ın Venesuelaya zərbə endirməyi planlaşdırmadığını bildirib
31 Okt 2025 21:20

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi planlaşdırmadığını bildirib.

News365.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Tramp jurnalistlərin Venesuela ərazisinə hücum planı olub-olmaması ilə bağlı suala "Xeyr", - deyə cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl "The Miami Herald" mənbələrə istinadən Tramp administrasiyasının Venesueladakı hərbi obyektlərə hücum etmək qərarına gəldiyi ilə bağlı məlumat yaymışdı. 

Qəzetin məlumatına görə, bu zərbələr yaxın günlərdə və ya hətta saatlarda baş verə bilər.


Sizin reklam burada
Sizin reklam burada