Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK

Millimizin hücumçusu Polşa klubunu TƏRK EDƏCƏK
15:42

Milli komandamızın forvardı Renat Dadaşov “Motor”u tərk etməyi planlaşdırır. 

News365.az xəbər verir ki, Polşa klubunda istədiyi qədər oynaya bilməyən forvard daha çox şans tapacağı komandaya keçməyi düşünür. 

Bunun üçün isə onun bir çox variantı var. 

Azərbaycan Premyer Liqasında yarışan iddialı klubların əksəriyyəti Dadaşovu heyətinə qatmağa hazırdır. Hətta forvard “Motor”a keçməmişdən əvvəl də Azərbaycandan 2 klub onun meneceri ilə əlaqə saxlayaraq müqavilə imzalamaq istəyini bildirmişdi. Lakin sonda Renat Polşaya getməyə qərar vermişdi.

Türkiyə 1-ci liqasında yarışan “Iğdır”ın da transfer siyahısında yer alan Renat qış “transfer pəncərəsi” zamanı seçimini edəcək. Məhz həmin vaxtı onun Azərbaycana gələcəyi, yoxsa fərqli ölkə üçün addım atacağı dəqiqləşəcək. 26 yaşlı hücumçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.


Sizin reklam burada
Sizin reklam burada