Belarus müxalifətçisi, NEXTA-nın sabiq baş redaktoru Roman Protaseviç Belarus kəşfiyyatçısı olduğunu təsdiqləyib.
News365.az xəbər verir ki, bu barədə o, TASS-a bildirib.
Qeyd edək ki, bu gün Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətçi hesab edilən NEXTA-nın baş redaktoru Roman Protaseviçin Belarus kəşfiyyat zabiti olduğunu söyləyib.
"Protaseviç kəşfiyyatımızın əməkdaşıdır. Bizə onu saxlamaq lazım idi? Amma sual budur ki, niyə onlar [Ryanair təyyarəsi] Vilnüsə uçdular, oraya enmədilər, əksinə geri dönüb Minskə uçdular? Təyyarələrində partlayıcı maddə olduğu barədə zəngdən sonra eniş etdilər... Yaxşı, enərdiniz Vilnüsə, Vilnüsün üzərində idiniz... enərdiniz. Geri dönüb Minskə uçdular. Minskə endilər.
Onu saxlamaq üçün əməliyyat keçirməli olduq. Baxmayaraq ki, bizə onu saxlamaq lazım deyildi. O, Yunanıstana gəldi, ora çağırıldı, maraqlandığımız hər şeyi kəşfiyyatçılara bildirdi, tapşırığını aldı və geri uçdu. Vilnüs vasitəsilə işlədiyi yerə. Bizi müxalifətçini saxlamaqda ittiham etdilər. Amma o, bizim müxalifətçimiz deyil. Biz müxalifətçini saxlamamışdıq. Buna görə də sanksiyalar tətbiq etdilər", - deyə Lukaşenko vurğulayıb.