Rusiyadan Trampın nüvə ilə bağlı bəyanatına CAVAB

Rusiyadan Trampın nüvə ilə bağlı bəyanatına CAVAB
16:08

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, RF lazım gəldikdə nüvə sınaqları keçirməsi üçün poliqonları hazır vəziyyətdə saxlayır.

News365.az xəbər verir ki, o, bunu "Rusiya xalqları" ümumrusiya forumunda bəyan edib və bu açıqlaması ilə Trampın ABŞ-də nüvə sınaqlarının başlanması ilə bağlı bəyanatına cavab verib.

"İlk növbədə bunu qeyd edək ki, sınaqlar heç bir ölkədə bir saat belə dayanmayıb, lakin onlar hesablama texnikasının tətbiqi baxımından keçirilirdi. Fiziki sınaqlar aparılmırdı, riyazi modellər yaradılırdı. Belə sınaqlar aparılır, çünki bütün bunlar daimi diqqət və daimi təkmilləşdirmə tələb edir", - deyə Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, digər dövlətlər kimi, Rusiya da poliqonları həmişə aktiv vəziyyətdə saxlayıb ki, ehtiyac yarandıqda onlardan istifadə etmək mümkün olsun.


Sizin reklam burada
Sizin reklam burada