Salyanda faciəli şəkildə ölən gəncin FOTOsu

Salyanda faciəli şəkildə ölən gəncin FOTOsu
31 Okt 2025 17:17

Xəbər verdiyimiz kimi, Salyan rayonunda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan gənc xəstəxanada ölüb.

News365.az xəbər verir ki, faciəli şəkildə ölən gəncin fotosu yayılıb.

Qeyd edək ki, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev İlqar İlham oğlu yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıq nəticəsində elektrik naqillərinə toxunub və yerə çırpılıb.

Ağır bədən xəsarətləri alan İlqar Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, iki gün sonra dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada