"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov həbs edilib

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov  həbs edilib
31 Okt 2025 19:06

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovla bağlı qərar verilib. 

News365.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının Vüqar Məmmədov barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimatına baxılıb. 

Məhkəmə təqdimatı təmin edib. Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada