 
                        Havalar
soyuduqca xəstəliklər də artır. Xüsusilə də uşaqlar arasında xəstəliklərə dah
çox rast gəlinir. Təbii ki, uşaqların xəstələnməsi bir çox hallarda valideyn
diqqətsizliyi qaynaqlanır.
Və tale elə
gətirib ki, uşaqlar hətta qidalardan belə infeksiya tapa bilir, xəstələnir.
Mövzu ilə bağlı News365.az-a danışan
pediatr Vaqif Qarayev deyir ki, dəfələrlə deyilib ki, uşaqlarda
abur-cubur, fast-food, rəngli, qazlı və energetik içkilər sevdası zərərlidir:
“Şəkər xəstəliyi,
allergik problemlər, mədə-bağırsaq problemləri, ürək-damar xəstəlikləri əksər
hallarda bu qida məhsullarından qaynaqlanır. Bütün hallarda valideynlər günahkardır!
Bu barədə mübahisə etmək mənasızdır. Ona görə də hər bir valideyn övladının hərəkətlərinə
və qidalanmasına qarşı həssas olmalıdırlar”.
News365.az