Parlamentdə jurnalistlərə qoyulan telefon qadağası LƏĞV OLUNDU

Parlamentdə jurnalistlərə qoyulan telefon qadağası LƏĞV OLUNDU
11:01

Milli Məclisdə jurnalistlərə tətbiq edilmiş telefon məhdudiyyəti aradan qaldırılıb.

News365.az bildirir ki, bu barədə jurnalist Mahir Məmmədli paylaşım edib.

O, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Milli Məclisinə rəhbərliyinə, o cümlədən, spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Bununla da jurnalistlər artıq Milli Məclisdə işlərini daha rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.


Sizin reklam burada
Sizin reklam burada