Maşın qaçıran şəxsi polis Saray qəsəbəsində saxladı

Maşın qaçıran şəxsi  polis Saray qəsəbəsində saxladı
15:15

Nərimanov rayonu ərazisində “Ford” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

News365.az xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 30 yaşlı Y.Abbasov avtomobillə birgə Saray qəsəbəsi ərazisində saxlanılıb. 

Abşeron rayonu ərazisində isə “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaqda şübhəli bilinən 21 yaşlı Y.Hüseyn polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada