“Cənubi Qafqazda baş verən proseslər, sülh gündəliyi, növbəti atılması tələb olunacaq addımlar barəsində fikir mübadiləsi apardıq”.
News365.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, baş verən proseslər barədə həmkarını məlumatlandırıb.