Bərdədə xəstəxananın həyətində doğuş oldu

Bərdədə xəstəxananın həyətində doğuş oldu
14:50

Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib.

News365.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb:

"10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb.

Dünyaya gələn uşağın çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qızdır".

Məlumata görə, hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada