Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb

Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
19:00

Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb.

News365.az xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsində baş verib. 

2023-cü il təvəllüdlü A.A ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb. 

Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.(APA)


Sizin reklam burada
Sizin reklam burada