Bərdədə ağır qəza olub- Ölən var

Bərdədə ağır qəza olub- Ölən var
14 Sen 2026 23:40

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza günorta saatlarında rayonun Alpout kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı VAZ-2109 və “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan 4 nəfər 1985-ci il təvəllüdlü Elnur Nurəddin oğlu Mahmudov, 1996-cı il təvəllüdlü Zemfira Vaqif qızı Məmmədəliyeva, 1974-cü il təvəllüdlü Xələf Həsənağa oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, VAZ-2109 markalı avtomobilin sürücüsü, Şəki rayon sakini, 1989-cu il təvəllüdlü Aydın Akif oğlu Məmmədiyeyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada