Şimali Afrikada təyyarə qəzası: Özəl biznes-cet eniş edərkən qəzaya düşdü

Şimali Afrikada təyyarə qəzası: Özəl biznes-cet eniş edərkən qəzaya düşdü
13:17

Şimali Afrika regionunda aviasiya sahəsində həyəcanlı anlar yaşanıb. Liviyanın hava məkanında türk iş adamına məxsus özəl biznes-cet naməlum səbəblərdən qəzaya uğrayıb.

News365.az xəbər verir ki, hadisə barədə xəbər daxil olan kimi əraziyə dərhal xilasetmə və qəza-bərpa xidmətinin əməkdaşları cəlb olunub.

İlk məlumatlara əsasən, insident təyyarənin eniş manevri zamanı və ölkədaxili marşrutla uçuş həyata keçirərkən baş verib. Qəzanın əlverişsiz hava şəraitindən, yaxud texniki nasazlıqdan qaynaqlandığı hələlik dəqiqləşdirilməyib. Faktla bağlı araşdırmalar davam edir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada