Bakıda Azərbaycan-Türkiyə qardaşlığının və strateji əməkdaşlığının daha da inkişaf etdirilməsinə xidmət edən “Türk Dünyası Dialoqları: Ortaq gələcək, ortaq vizyon” tədbiri keçirilir.
Politoloq Əli Zülfüqaroğlu bildirib ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Türk dünyasının gələcəyi və ortaq əməkdaşlıq imkanları baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, tədbirdə ictimai-siyasi xadimlər, media nümayəndələri, eləcə də Türk dünyasının müxtəlif sahələrini təmsil edən şəxslər bir araya gəlib.
Əli Zülfüqaroğlu tədbirə dəvətə görə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünə və səfirliyin əməkdaşlarına təşəkkür edib.
“Bakıda Azərbaycan-Türkiyə qardaşlığının və strateji əməkdaşlığının daha da güclənməsinə xidmət edən mötəbər tədbirdə dəyərli dostlarla bir arada olmaqdan məmnunam. Belə möhtəşəm və əhəmiyyətli tədbirə dəvətə görə Türkiyə Respublikasının Azərbaycandakı səfiri, hörmətli Prof. Dr. Birol Akgünə və səfirliyin dəyərli əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm”, – deyə politoloq qeyd edib.