Mədəniyyət komitəsinin iş planı təsdiqləndi

Mədəniyyət komitəsinin iş planı təsdiqləndi
16:50

Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

News365.az xəbər verir ki, sənədə əsasən, payız sessiyası müddətində Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması nəzərdə tutulur.

Bununla yanaşı, Milli Məclisin digər komitələrindən daxil olan qanun layihələrinin müzakirəsi, həmin sənədlərlə bağlı rəy və təkliflərin hazırlanması da Mədəniyyət komitəsinin payız sessiyasında həyata keçirəcəyi işlər sırasında yer alır. İş planına əsasən, komitənin iclaslarına aidiyyəti qurumların nümayəndələri dəvət olunacaq, müvafiq məsələlərlə bağlı dinləmələr keçiriləcək. Komitə həmçinin sessiya müddətində vətəndaşların qəbulunu həyata keçirəcək, daxil olan təklif, ərizə və şikayətlərlə bağlı iş aparacaq.

Bundan başqa, 2026-cı ilin payız sessiyası başa çatdıqdan sonra komitənin fəaliyyəti ilə bağlı hesabat hazırlanaraq müzakirə olunacaq. Hesabatın hazırlanması və müzakirəsinin dekabr ayında keçirilməsi nəzərdə tutulur.

 


Sizin reklam burada
Sizin reklam burada