Bakı metrosunda tunel həyəcanı: Ekspertdən ciddi xəbərdarlıq

Bakı metrosunda tunel həyəcanı: Ekspertdən ciddi xəbərdarlıq
13:30

Paytaxt metrosunda qatarların hərəkətində yaranan fasilələr və sərnişinlərin tuneldə çarəsiz qalması yenidən nəqliyyat sistemindəki problemləri gündəmə gətirib.

Ötən gün səhər saatlarında qatarların 30 dəqiqədən çox ləngiməsi ciddi narazılıq yaradıb. 

Məsələni News365.az-a dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, baş verənlərin əsas səbəbi infrastructure və vaqon parkının köhnəlməsidir: 

“İstismarda olan avadanlıqların və qatarların bir hissəsi artıq müasir tələblərə cavab vermir. Tez-tez təkrarlanan bu kimi nasazlıqların qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bakı Metropoliteni texniki bazanı təcili şəkildə yeniləməli və sistemi modernləşdirməlidir”.


Sizin reklam burada
Sizin reklam burada