Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” paneli keçirilir

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” paneli keçirilir
15:10

Sentyabrın 15-də Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir.

News365.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) oktyabr ayında Ankarada keçiriləcək 13-cü Dövlət Başçıları Zirvəsi ərəfəsində təşkilatın regional və qlobal rolunun gücləndirilməsi, həmçinin türk dünyasının ortaq vizyonunun daha geniş auditoriyaya çatdırılmasıdır.

Paneldə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm, texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunur.

Tədbirin rəsmi hissəsindən əvvəl Türk dünyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, eyni mövzuda panel toplantısı daha əvvəl Qazaxıstanın Astana şəhərində keçirilib.



Sizin reklam burada
Sizin reklam burada