Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini göndərməyə hazırlaşır.
News365.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, yeni yardım paketinin ümumi dəyəri 290 milyon avro təşkil edir. Bu, Finlandiyanın Ukraynaya göndərəcəyi 34-cü hərbi yardım paketidir.
Yardım çərçivəsində Finlandiya Müdafiə Nazirliyinin ehtiyatlarında olan hərbi materiallar, eləcə də ölkənin müdafiə sənayesi tərəfindən istehsal edilən məhsullar Ukraynaya çatdırılacaq.
Finlandiya Müdafiə Nazirliyi bildirib ki, son yardım paketi ilə birlikdə ölkənin Ukraynaya indiyədək təqdim etdiyi müdafiə xarakterli yardımın ümumi dəyəri 3,6 milyard avroya çatacaq.
Nazirlik Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini də açıqlayıb.
News365.az