Kütləvi davada iştirak edən 3 nəfər saxlanıldı

Kütləvi davada iştirak edən 3 nəfər saxlanıldı
17:00

Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

News365.az xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.


Sizin reklam burada
Sizin reklam burada