Gücün coğrafiyası dəyişir: Bakı- London əlaqələrində YENİ DÖNƏM

Gücün coğrafiyası dəyişir: Bakı- London əlaqələrində YENİ DÖNƏM
16:56
Azərbaycan regionda yeni bir mərhələ yaradıb deyirdik . Bu gerçəyi hər keçən gün canlı -canlı görürük. Tarixi hadisələr gözümüzün qabağında cərəyan edir.
İlham Əliyev dünyanın güc mərkəzıərindən daha birini Azərbaycanın ən yaxın dostu etməyi bacardı .Böyük Britaniya ilə strateji tərəfdaşlığa imza atıldı.Birgə Bəyannaməni Dublində Britaniyanın Baş naziri Endi Börnhamla Azərbaycan prezidenti İlham Əliyev imzaladı.Bu bilirsiz nə deməkdi?
Bu Böyük Britaniyanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı qəbul və etiraf etməsi deməkdi.
Bu Azərbaycanın müdafiəsinin, təhlükəsizliyinin bərkidilməsi, təhdidlərə qarşı Londonla birgə dayanması deməkdi.
Bu Azərbaycanın hərb sənayesinin gücləndirilməsi, müdafiə qüdrətinin artırılması , müasir təhlükəsizlik çağırışlarına hazır olması deməkdi.
Daha bir və vacib məqam bilirsiz nədi?
Böyük Britaniyanın Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini təsdiqləməsi və bəyan etməsidi.Bu çox vacib və tutarlı faktordu. Mühüm siyasi mesaj kimi də əvəzsizdi.
Bu tərəfdaşlığın məziyyətlərini saymaqla bitən deyil.
Londonun Orta Dəhlizə xususi diqqət yetirməsi kimsəyə sirr deyil. Və bu sıradan bir maraq da deyil.
Azərbaycanın mühüm tranzit və logistika mərkəzinə çevrilməsi London üçün cəlbedicidi və Böyük Britaniya bu layihələrdə iştirak istəyini gizlətmir. Bu istəksə Bakının marağlna tam uyğundu və ölkəmizin geosiyasi və geoiqtisadi çəkisini daha da artırmaq üçün zəmindi.
Enerji sahəsində də yeniliklərin olacağı şübhəsizdi. BP-nin Azərbaycandakı uzunmüddətli fəaliyyəti ilə formalaşmış tərəfdaşlıq yeni istiqamətlər üzrə inkişaf edəcək və bu təsdiqlənmiş bir gerçəklikdi. Bərpa olunan enerji, yaşıl iqtisadiyyat, maliyyə və infrastruktur layihələri əlaqələrin yeni istiqamətlərinin konturlarıdı .
Bu razılaşmanın daha bir mühüm məqamını da demədən keçmək olmaz. Bəyannamənin imzalanması onu göstərdi ki,Böyük Güclər Azərbaycanla hesablaşırlar.
Onun Cənubi Qafqazdakı mövqeynə hörmət edirıər
Bölgədəki nüfuzunu qəbullanırlar.
Bu isə deməkdi ki, ölkənin böyüklüyü onun xəritədə tutduğu yerlə deyil,dünyada yaratdığı təsirlə ölçülür.
Azərbaycan bunu bacardı.
Dublində imzalanan O mühüm sənədin əsas siyasi mesajı bax budur!
Dövlətimiz Var Olsun!

Bəturə Nəbiyeva

Sizin reklam burada
Sizin reklam burada