Fransa millisinin sabiq müdafiəçisi Kurt Zuma karyerasını BƏƏ-də davam etdirəcək.
News365.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
31 yaşlı futbolçu "Palm Siti"yə keçib. Təcrübəli müdafiəçi ilə müqavilə yaxın günlərdə açıqlanacaq.
Zuma karyerası ərzində "Sent-Etyen", "Çelsi", "Stok Siti", "Everton", "Vest Hem" klublarında çıxış edib. O, həmçinin Fransa millisinin də formasını geyinib.
Müdafiəçi ötən mövsüm Rumıniyanın ÇFR klubunda 3 oyunda iştirak edib.