"Bütün düşmən mövqeləri PUA və artilleriyamızın hədəfindədir" - İran Ordusu

"Bütün düşmən mövqeləri PUA və artilleriyamızın hədəfindədir" - İran Ordusu
15:51

İrandan Qərbin və qruplaşmaların təhdidlərinə BƏYANAT: "Sərhədlərimiz qırmızı xəttimizdir"

İran Ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Əli Cahanşahi ölkə sərhədləri yaxınlığında fəaliyyət göstərən təkfirçi və digər düşmən qruplaşmalara xəbərdarlıq edib. General Tehranın təhlükəsizliyi pozmaq cəhdlərinə qarşı sərt tədbirlər görəcəyini bildirib.

"İslam Respublikasının sərhədlərinə qarşı hər hansı həmlə, düşmənçilik aktı və ya təxribat qətiyyətli və sarsıdıcı cavabla qarşılanacaq", — deyə şimal-şərq sərhəd bölgələrinə səfəri zamanı Cahanşahi vurğulayıb.

Hərbi hissələrin döyüş hazırlığı və müdafiə imkanlarını yerində qiymətləndirən komandan Quru Qoşunlarının İranın təhlükəsizliyinə təhdid yaradan bütün mövqelərə zərbə vurmaq gücündə olduğunu qeyd edib. O bildirib ki, hər hansı təcavüz baş verərsə, düşmən bazaları ordunun pilotsuz uçuş aparatları (PUA) və artilleriyasının hədəfində olacaq.

İran sərhədlərinin onlar üçün "qırmızı xətt" olduğunu deyən Cahanşahi, hərbi qüvvələrin 24 saatlıq fasiləsiz kəşfiyyat nəzarəti sayəsində düşmənin planlarını hələ həyata keçirilmədən zərərsizləşdirdiyini diqqətə çatdırıb.

General həmçinin fevralın 28-dən aprelin 7-dək baş verən hərbi gərginlik fonunda İran ordusunun PUA imkanlarından effektiv istifadə etdiyini və bölgədəki hərbi obyektlərə qarşı dəqiq zərbələr endirdiyini xatırladıb.


Sizin reklam burada
Sizin reklam burada