Şəhid Toğrul
Xudiyevin anası Könül Cavadova şikayətçidir.
Bu barədə o
jurnalist Fəxri Nəsirliyə bildirib.
Şəhid anası
qeyd edib ki, iş yeri olmadışından və dolana bilmədiklərindən bir neçə ildir
ki, Beyləqandan Bakıya köçüblər.
Hazırda Xudiyevlər
ailəsi Binəqədi rayonunda yaşayır.
Könül
Cavadova məlumat verib ki, özü ikinci qrup əlildir, yüksək şəkərli diabetdən əziyyət
çəkir:
“2023-cü ilin
yanvarında evimiz yandı. Bir çöp çıxarda bilmədik. Hazırkı yaşadığımız evin də
şəraiti çox pisdir. Və mənzil şərəaitinin yaxşılaşdırıması ilə bağlı dəfələrlə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müracət etmişəm. Amma hər dəfə
bildiriblər ki, növbənizi gözləyin. Hələ ki, sizə veriləcək 2 otaqlı mənzilimiz
yoxdur.
Bildirirəm
ki, mənim böyük oğlum da qazidir. 44 günlük müharibədə qəhrəmanlıqla vuruşub.
Kiçik oğlumsa Naxçıvanda xüsusi təyinatlı hərbi hissədə xidmət edir”.
Daha ətraflı
aşağıdakı videoda:
News365.az