Şəhid anası da tələbə adını qazandı - FOTO

Şəhid anası da tələbə adını qazandı - FOTO
10:16

Xəbər verdiyimiz kimi, ötən gün ali məktəbə daxil olanların siyahısı açıqlanıb.

News365.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, tələbə adı qazananlardan biri də Vətən müharibəsi şəhidi Xalid Həsənin anası Maya Quliyevadır.

M.Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. O bundan öncə kollec təhsili alıb.

Qeyd edək ki, Xalid Həsən 2020-ci il noyabrın 4-ü Vətən müharibəsində Kəlbəcər-Şuşa yolu istiqamətində şəhid olub. O, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 


Sizin reklam burada
Sizin reklam burada