Premyer Liqa: "Zirə" evdə "İmişli"ni məğlub edib

Premyer Liqa: "Zirə" evdə "İmişli"ni məğlub edib
22 Avq 2026 23:20

Misli Premyer Liqasının II turunda "Zirə" evdə "İmişli"ni məğlub edib.

News365.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Zirə"nin heyətində 43-cü dəqiqədə Eren Aydın hesabı açıb. 80-ci dəqiqədə isə Ruan Renato fərqi artırıb. Komandanın 3-cü qolunu Davit Volkov 90+6-cı dəqiqədə vurub. "İmişli"nin yeganə qolunu isə Dioqo Almeyda 82-ci dəqiqədə rəqib qapısından keçirib.

Qeyd edək ki, turun bu gün baş tutan "Qəbələ" - "Şəfa" matçında qonaqlar 1:0 hesablı qələbə qazanıb. II tura avqustun 23-də yekun vurulacaq. Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.


Sizin reklam burada
Sizin reklam burada