Vüqar Biləcərinin atasından dostlarına SƏRT SÖZLƏR: "Gəlib soruşmurlar ki...”

Vüqar Biləcərinin atasından dostlarına SƏRT SÖZLƏR: "Gəlib soruşmurlar ki...”
16:35

Vüqarın dostları Orxan, Ələkbər və Dağlı Rəşad idi. Allah Rəşadın qapısını açsın. Vüqarın dostları onun sağlığında bizə gəlib-gedirdilər. İndi isə heç biri gəlib soruşmur ki, əmi, ölmüsən, qalmısan?!

News365.az xəbər verir ki, bunu mərhum meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib.

O bildirib ki, oğlunun dostları Vüqarın sağlığında onların evinə tez-tez gəlsələr də, onun vəfatından sonra münasibət dəyişib:

“Şükür Allaha, mənim onlara ehtiyacım yoxdur. Allah yetirir. Amma dost ayrı şeydir. Vüqarın sağlığında həyətə gəlirdilər, deyirdilər ki, əmi, biz Vüqarın dostu, qardaşıyıq. İndi isə yox. Onları ildə bir dəfə hansısa toyda görürəm, ya da heç görmürəm”.

Qeyd edək ki, məşhur meyxanaçı Vüqar Biləcəri 29 avqust 2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Biləcəri qəbiristanlığında dəfn olunub.


Sizin reklam burada
Sizin reklam burada