Azərbaycan-Ermənistan rəsmiləri Laçında görüşdü - Nələr müzakirə olunub?

Azərbaycan-Ermənistan rəsmiləri Laçında görüşdü - Nələr müzakirə olunub?
15:56
Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Bu barədə News365.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.


Sizin reklam burada
Sizin reklam burada