“Bu, sadəcə müqavilə deyil” – Azərbaycan-Özbəkistan sənədinin əhəmiyyəti

“Bu, sadəcə müqavilə deyil” – Azərbaycan-Özbəkistan sənədinin əhəmiyyəti
17:20

Azərbaycan və Özbəkistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, iki ölkə arasında imzalanan Əbədi Dostluq Müqaviləsi yalnız diplomatik sənəd deyil, həm də qarşılıqlı etimadın və gələcəyə hesablanmış əməkdaşlığın göstəricisidir.

Politoloq Yeganə Hacıyeva News365.az-a açıqlamasında Azərbaycan və Özbəkistan arasında imzalanmış sənədin əhəmiyyətindən danışıb.


“Özbəkistan və Azərbaycan arasında imzalanmış Əbədi Dostluq haqqında müqavilə nisbətən mənalı olaraq, bu gün xəbərləşmə səviyyəsində çox oxşar diplomatik sənədlər sisteminə aid edilə bilər. Məsələn, bu gün üçün strateji əməkdaşlıq və sair kimi münasibətlər bütün dünyanın müxtəlif coğrafiyalarında, müxtəlif xalqlar arasında mövcuddur.

Amma qardaşlıq xüsusiyyəti münasibətini strateji əməkdaşlıqla, mükəmməl əməkdaşlıqla eyniləşdirmək olmaz. Bu əməkdaşlıqların çox böyük zəmanəti yoxdur. Çünki məhz zəmanətin olması üçün etimadın olması vacibdir. Dostluq ola bilər, orada maraqlar ola bilər, amma etimadın olması üçün təcrübə lazımdır.

Tarixi təcrübədən ibarətdir ki, dost, qardaş ölkələr arasında münasibətlərin inkişafı mərhələsində bu qardaşlıq münasibətlərini hər hansı üçüncü ölkəyə qarşı, hər hansı üçüncü tərəfə qarşı deyil, məhz özlərinin dostluq və qardaşlıq münasibətlərinin gələcəyə yönəlik, gələcəyi hədəfləyən addımları üzərində qurmuşlar.

Onu qeyd etmək lazımdır ki, hazırda təxminən ittifaqlar və müttəfiqlik münasibətləri bütün dünyada mövcuddur. Bu strateji əlaqələr və əməkdaşlıqlar kiməsə qarşı formalaşmır. Amma Azərbaycan və Özbəkistan arasında imzalanmış bu Əbədi Dostluq haqqında müqaviləni qəbul edən əsas münasibət ondan ibarətdir ki, burada əsas məqsəd dostluq və qardaşlığı, cəmiyyətimizin və iqtisadiyyatımızın gələcəyə daşınmasını, etimadın gələcəyə daşınmasını təmin edən siyasətdir.

Birmənalı olaraq burada qeyd edim ki, Özbəkistan və Azərbaycan arasında münasibətlərdə tarixlərə dayanan etimad var. Çünki məhz bu, birbaşa dostluq və qardaşlıq səviyyəsində münasibətlərin formalaşmasına imkan verir.

Amma məhz imkanlar çərçivəsində, resurslar çərçivəsində, iqtisadi inkişafına yönəlik, hər ikisinin maraqları ətrafında rahat təhlükəsizlik qurmaq məqsədimiz, bu marağımız üzərində inkişaf etmişdir.

Onu qeyd edim ki, bu gün ölkələr tərəfindən qarşılıqlı səfərlər və sair əslində hər iki ölkədə dostluq şəklində məhz iki xalqın bir-birinə münasibətinin və iki ölkənin bir-birinə münasibətinin göstəricisidir. Azərbaycan Prezidentinin Özbəkistana səfərləri də məhz bu dostluq şəklindəki qarşılıqlı münasibətin göstəricisidir.

Burada aid etdiyim məqam odur ki, hazırda, tarixin bu mərhələsində Avropada yeni reallıqlar formalaşmaqdadır. Avropada yeni reallıqlar formalaşdıqca, onlar özlərinin iqtisadi maraqlarında, daşınmalarda, ticarət maraqlarında alternativ xətlərə ehtiyac duyurlar.

Və bu alternativ xətlərə ehtiyac duyulması əslində bir reallıqdır. Bu da ondan ibarətdir ki, onlar sadəcə iqtisadi dayanıqlıq üçün alternativlərdə maraqlıdırlar. Belə olan halda Mərkəzi Asiyanın, Yaxın Şərqin, Avropanın və Asiyanın, Yaxın Şərqlə Avropanın və Yaxın Şərqlə Asiyanın birləşdirilməsində həlledici ölkə Azərbaycandır.

1991-ci ildən sonra, Qarabağ məsələsindən keçərək, özünün əsgərinin qanı bahasına bu möhtəşəm əlaqələrin memarı kimi Azərbaycan Prezidenti, bizim fikrimizcə, diplomatiya üzərində bu gün iqtisadi təcrübədə, gələcəkdə ehtiyac yarandıqca, hamının, yəni bütün güclərin bir araya gəlməsi bacarığına malikdir.

İcraçı güclər üçün cəmləşmək ölkəyə onu deməkdir ki, Azərbaycan xarici siyasətində hər hansı bir qüvvənin, hər hansı bir qütbün deyil, üçüncü siyasi maraqların deyil, öz maraqlarımızın, dost və qardaş ölkələrin məsələlərinin və qarşılıqlı iqtisadi faydalı əməkdaşlığın tərəfdarıdır. Bu gün üçün Azərbaycan xarici siyasətinin ana xətti də budur.

Özbəkistanla imzalanmış bu sənəd yüksək səviyyəli iqtisadi, humanitar, sosial, səhiyyə və sair məsələləri, ticarət əlaqələri məsələlərini əhatə edir. Bunların hamısı ümumilikdə Avrasiyanın ticarət və iqtisadi dövriyyəsinə, resursların, siyasi maraqlarımızın, ümumi xarakterdə maraqların formalaşmasına öz töhfəsini verir.

Bu, bizim haqqımızdır və bu, Azərbaycanın növbəti uzun illər üçün, Azərbaycan dövlətinin gələcəyi üçün qoyulmuş sərmayədir. Özbəkistanla Azərbaycan arasında imzalanmış məhz bu sənəd isə birmənalı olaraq hər iki xalqın gələcəyi üçün qoyulmuş sərmayədir”, – deyə Yeganə Hacıyeva bildirib.


Sizin reklam burada
Sizin reklam burada