Misli Premyer Liqasında II turun növbəti oyunları bu gün keçiriləcək.
İlk olaraq "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
Tovuz şəhər stadionundakı görüş saat 18:30-da start götürəcək. Meydan sahibləri ötən tur "Qəbələ"yə qalib gəlib (1:0), qonaqlar "Qarabağ"a (1:3) uduzub.
Günün ikinci matçında "Araz-Naxçıvan" "Neftçi"nin qonağı olacaq. Bu oyun saat 20:45-də başlayacaq. Paytaxt klubu ilk turda "Sumqayıt"ı üstələyib (3:1), Naxçıvan təmsilçisi isə "İmişli" ilə qolsuz heç-heçə edib.
Misli Premyer Liqası
I dövrə, II tur
23 avqust (bazar)
18:30. "Turan Tovuz" – "Şamaxı"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu.
20:45. "Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Palms Sports Arena".
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "Qəbələ"ni 1:0, "Zirə" evdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edib.
Avrokuboklarda çıxışla əlaqədar bu turda "Sabah"ın "Sumqayıt"la, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri təxirə salınıb.