Türkiyənin "Fənərbağça" klubu Superliqanın II turunda "Konyaspor"la oyunda xəsarət alan Kerem Aktürkoğlunun durumunu açıqlayıb.
Bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Başından xasarət alan 27 yaşlı vinger nəzarət və ehtiyat tədbirləri üçün xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib. Oyunçunun tomoqrafiyasında problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah evə buraxılacaq.
Xatırladaq ki, "Fənərbağça" rəqibini 4:2 hesabı ilə məğlub edib. Kerem Aktürkoğlu 54-cü dəqiqədə əvəzlənib.