Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub

Konfrans Liqası: "Qarabağ"ın play-off mərhələsindəki rəqibi "Tvente" olub
09:17

"Qarabağ"ın UEFA Konfrans Liqasının play-off mərhələsindəki rəqibi bəlli olub.

Azərbaycan klubu növbəti mərhələdə Niderlandın "Tvente" komandası ilə qarşılaşacaq.

Ensxede təmsilçisi III təsnifat mərhələsində Slovakiyanın "Dunayska Streda" kollektivini mübarizədən kənarlaşdırıb.
 

Evdəki ilk matçda rəqibini 6 cavabsız qolla üstələyən Niderland klubu cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, mərhələni adlayıb.


Qeyd edək ki, play-off-un ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də təşkil olunacaq.


Sizin reklam burada
Sizin reklam burada