Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırıldı

Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırıldı
17:22

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ilk üçlükdə qərarlaşan pilotların mükafatlandırma mərasimi keçirilib.

News365.az xəbər verir ki, Bakıdakı əsas yarışın yekunlarına əsasən "Mercedes" pilotu Corc Rassell qalib adını qazanıb.

"Red Bull"un sürücüsü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.


Sizin reklam burada
Sizin reklam burada