Keçmiş prezident və xanımına 15 il iş kəsdilər

Keçmiş prezident və xanımına 15 il iş kəsdilər
09:17

Perunun Milli Ali Məhkəməsi çərşənbə axşamı keçmiş prezident Ollanta Humala və onun həyat yoldaşı Nadine Heredianı çirkli pulların yuyulmasında ittiham edərək 15 il həbs cəzasına məhkum edib. Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, keçmiş lider artıq həbsxanaya aparılıb. Keçmiş birinci xanım isə siyasi sığınacaq istədiyi Limadakı Braziliya səfirliyinə sığınmağa nail olub.

Sabiq dövlət başçısının işi üzrə məhkəmə iclasları üç il davam edib. "Nəhayət ki, hakimlər qərar verdilər. Humala və Heredia 2006 və 2011-ci illərdəki seçki kampaniyalarında Braziliyanın "Odebrecht" şirkətindən və o zaman Huqo Çavesin rəhbərlik etdiyi Venesuela hökumətindən təxminən 3 milyon dollar qanunsuz maliyyə alıblar",- nəşr yazıb.

Humalanın işinə mütəşəkkil cinayətkarlıq və məmur korrupsiyası ilə bağlı cinayət işlərinə məsul olan ixtisaslaşdırılmış məhkəmə baxıb. Əsas sübut Braziliya şirkətinin keçmiş rəhbəri Marselo Odebrextin ifadəsi olub.

Hökmü dinlədikdən sonra Humala Perunun paytaxtı Barbadillo həbsxanasına aparılıb. Onu "prezident" həbsxanası da adlandırırlar. Çünki Alberto Fuximori cəzasını məhz orada çəkib və hazırda burada keçmiş dövlət başçıları AleXandro Toledo və Pedro Kastilyo da saxlanılır.

Tural


Sizin reklam burada
Sizin reklam burada