“Beynəlxalq Bank”ın baş direktoru vəzifədən getdi - FOTO

“Beynəlxalq Bank”ın baş direktoru vəzifədən getdi - FOTO
10:10
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş direktoru Aynur Süleymanlı vəzifəsindən azad olunub.

News365.az-ın xəbərinə görə, bununla bağlı bankın İdarə Heyətinin sədri Abbas İbrahimov müvafiq əmr imzalayıb.

Bununla da, “Azərbaycan Beynəlxalq Bankı”nın baş direktorlarının sayı 6-ya düşüb.

Qeyd edək ki, A. Süleymanlı ötən ay Özbəkistandakı “ABB Davr Bank”ının İdarə Heyəti sədrinin müavini təyin edilib. O, yeni vəzifəyə hımin bankın 51%-lik nəzarət paketini əldə etməsindən sonra gətirilib.

Onu da qeyd edək ki, Aynur Süleymanlı 2018-ci ilin fevralından ABB-nin baş direktoru vəzifəsində çalışıb və bankda insan resursları və inzibati məsələlər istiqamətinə cavabdeh olub.

Könül Vəliyeva

598168


Sizin reklam burada
Sizin reklam burada