İTS Fonduna niyə iyanə edilmir?

İTS Fonduna niyə iyanə edilmir?
09:20

“Gələn ildən dövlət tərəfindən İcbari Tibbi Sığorta fonduna ayrılan maliyyə vəsaiti azaldılacaq. İnsanların haqlı narahatlığı və narazılığı başadüşüləndi. Rəsmilər izahat verməyə çalışırlar. Deyirlər azalma tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçündür. İndi hamını bu sual düşündürür: Olacaqmı belə? Yaşasaq, görəcəyik.

Bunu News365.az -a açıqlamasında pediatr Vaqif Qarayev deyib. O bildirib ki,görünən odur ki, İTS özü özünü dolandıra bilmir:

“Yəni dövlət də sonsuzluğa qədər vəsait ayira bilmir bilməyəcək. Bəzi ölkələrdə Tibbi Sığorta Fonduna müxtəlif mənbələrdən köçürmələr olur. Məsələn, milyarderin biri çıxıb deyir ki, “mən fonda filan qədər vəsait köçürəcəm”. Bizdə belə şey mümkündürmü? Yox! Çünki zəngin adamımız yoxdur. Hamı ümidini maaş kartına bağlayıb. Bəzi yerlərdə isə kilsə xeyriyyə məqsədi ilə insanların sağlamlığına pul xərcləyir. Bizdə belə şey mümkündürmü? Yox! Saysız-hesabsız nəzir qutularında yığılan pullar hara gedir, bilirikmi? Yox!. Ona görə də çalışın sağlam olun!

News365.az 


Sizin reklam burada
Sizin reklam burada