Rusiya Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa şəhərində Türkiyənin yük gəmisinə zərbə endirib.
News365.az bu barədə Haberler.com-a istinadən xəbər verir.
Bildirilir ki, hücumdan sonra gəmidə böyükmiqyaslı yanğın başlayıb.
Ukrayna KİV-in məlumatına görə, hücum zamanı dörd partlayış qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı vurğulanır.