Yeni ildə neçə gün bayram tətili olacaq?

Yeni ildə neçə gün bayram tətili olacaq?
16:19

Yeni ilə və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə sayılı gün qalsa da neçə gün bayram tətili olacağı barədə hökümət qərar verməyib. Ona görə də məsələ hazırda ictimai müzakirə obyektidir.

Nəzərə alaq ki, bir müddət əvvəl informasiya yayıldı ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günləri ilə əvəz ediləcək. Nəticədə ölkədə 29 dekabrdan 5 yanvar 2026-cı ilədək bayram tətili yaranacaq.
 
Lakin Nazirlər Kabineti mediada yayılan xəbərlərə rəsmi açıqlama verərək bildirdi ki, hələlik belə bir qərar qəbul edilməyib.

News365.az əldə etdiyi məlumata görə bu dəfə bayram tətilinin müddəti nisbətən qısa olacaq. Belə ki, 31 dekabr, 1  və 2 yanvar bayram günləri hesab ediləcək. Yanvarın 3 və 4 isə şənbə və bazar günləridir. Bu minvalla bu ilki tətilin müddəti cəmi 3 gün olacaq. Ancaq şənbə və bazar günlərini nəzərə alsaq 5 gün iş olmayacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada