Ramiz Mehdiyev Prezidentin şəxsi fotoqrafını necə cəzalandırmaq istəmişdi? – ƏTRAFLI

Ramiz Mehdiyev Prezidentin şəxsi fotoqrafını necə cəzalandırmaq istəmişdi? – ƏTRAFLI
14:54

Ramiz Mehdiyevin ifşasından sonra çox mətləblərə aydınlıq gəldi. Və yüzlərlə fakt üzə çıxdı ki, Ramiz Mehdiyev hər zaman tutduğu vəzifədən sui-istifadə edib. Adamları özünün təsir dairəsində saxlamağa, bəzənsə onlardan öz korporativ marağı üçün istifadə etməyə çalışıb.

Belə miskin faktlardan birini uzun illər Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov "Yeni Sabah"a müsahibəsində danışıb. 

Müxbirin Prezident Administrasiyasının o zamankı rəhbəri Ramiz Mehdiyevlə münasibətləriniz necə idi? sualına Rafiq Bağırov belə cavab verib:

- 1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib.

Telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, "sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın", deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına. Məni çox hirsli qəbul elədi. 

Dedi, sən niyə gedib məndən prezidentə şikayət eləmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Ramiz Mehdiyevin ən pis xüsusiyyətlərindən biri kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmaması, kinli olmasıydı. Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin tutdu".

News365.az


Sizin reklam burada
Sizin reklam burada