Yəməndə vətəndaş müharibəsi ola bilər- Tural İrfan yazır
Aktual
09:59
Yəməndə üç qrup bir - birini qırmağa başlayıb. Hədrəmut ərazisi rəsmi hakimiyyət qüvvələrindən alınıb. Hərəkətlənməni BƏƏ - nin dəstəklədiyi qrupun başladığı haqda məlumat var. İran dəstəkli Husilər və Səudiyyənin dəstəklədiyi hökumət qüvvələri, eyni zamanda İŞİD və Əl Qaidə qrupları da prosesdən yararlanmaq üçün hərəkətə keçiblər. Eyni zamanda İraq Kürdüstanında iki əşirət arasında qanlı savaş başlayıb. Bərzaninin qohumlarına aid obyektlərə od vuran digər kürd qrupları hətta Peşmərgənin qərargahlarını da basıb.
Hər iki ölkədə baş verənlərin kənardan tərtib və idarə olunduğu məlumdur. İraqda ola bilsin vəziyyət yoluna düşsün, lakin Yəməndə vətəndaş müharibəsinə qədər sürüklənə bilər.