Müğənni Vəfa Şərifova həmkarı Şəbnəm Tovuzlu ilə aralarında olduğu iddia edilən gərginliklə bağlı danışıb.
News365.az xəbər verir ki, ifaçı mövzunun süni şəkildə şişirdilməsində aparıcıların rol oynadığını bildirib.
Şərifova deyib ki, o, müxtəlif verilişlərə dəvət olunsa da, aparıcıların israrla eyni məsələni qabartması onu narahat edir:
“Verilişə çağırırlar, açıq şəkildə deyirəm ki, bu mövzunu danışmaq istəmirəm. Aparıcılar inciməsin, amma günah elə özlərindədir. Hər dəfə eyni sualı verirlər”.
Sənətçi həmçinin Şəbnəm Tovuzlunun ad günü ilə bağlı yayılan iddiaları da təkzib edib:
“Bir neçə dəfə soruşublar ki, ad gününə gedəcəksiniz? Cavab vermişəm ki, yox, dəvət edilməmişdim. Sonradan canlı yayımda Şəbnəm xanıma yazdırılıb, sonra da deyiblər ki, guya dəvətnaməni cırıb. Əgər reklam istəsəydim, canlı efirdəcə nəsə edərdim”.
Müğənni hər iki tərəfə müraciət edərək mövzunu böyütməməyi tövsiyə edib:
“Hər iki tərəf sakit olmalıdır. Nə pis addım atılsın, nə də yaxşı. Məsələ nə ölümə, nə də dirimə gəlməlidir”.
Vəfa Şərifovanın açıqlamaları sosial şəbəkələrdə geniş müzakirə olunmağa davam edir.
News365.az