Gürcüstandakı soydaşlarımız dövləti vəzifələrdən uzaq tutulur- Səbəb dil məsələsidir, yoxsa?

Gürcüstandakı soydaşlarımız dövləti vəzifələrdən uzaq tutulur- Səbəb dil məsələsidir, yoxsa?
09:58

Gürcüstanda yaşayan soydaşlarımız son dönəmlər qarşılaşdıqları problemlərdən biri də  dövlət qurumlarında və seçkili orqanlarda təmsilçilik məsələsidir. Bir qayda olaraq soydaşlarımız rəsmi vəzifələrdən uzaq tutulur. Bəhanə isə soydaşlarımızın gürcü dilinin mükəmməl bilməmələridir.

 

Məsələ ilə bağlı News365.az -a danışan tanınmış ziyalı Vaqif Qarayev deyib ki, nazir Emin Əmrullayev Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dilini bilməsinin vacibliyini vurğulayıb:

Düz deyirmi? Düz deyir! Yaşadığın ölkənin dövlət dilini bilməlisən! Amma nazirin bu fikrindən narazı qalmışıq. Burda da , orda etiraz edənlər kifayət qədərdir. Gürcüstan müstəqil dövlətdir və bütün vətəndaşları dövlət dilini bilməlidir. Biz burda ana dili davası aparmırıq? Aparırıq. Onda gürcüləri qınaya bilərikmi? Yox! Amma hörmətli nazirimiz bu məsələ ilə bağlı gərək təkliflərini də verəydi. Məktəblərdə gürcü dili tədrisini aparmaq üçün kifayət qədər azərbaycandilli müəllimlər varmı? Yoxdur. Bu problem həllini tapmalıdır. Bir məsələ də var... Yerli hökumət gürcü dilini mükəmməl bilənləri lazımi işlə təmin etmir. Bu da həllini tapmalı olan ciddi müzakirə mövzusudur”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada