Bayram ərəfəsində yeni sosial dəstək: Minlərlə ailəyə birdəfəlik yardım gözlənilir

Bayram ərəfəsində yeni sosial dəstək: Minlərlə ailəyə birdəfəlik yardım gözlənilir
13:20

Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur.

News365.az xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda belə bir praktika móvcud deyil.

Ekspertin sözlərinə görə, sosial müavinət alan şəxslərə dövlət tərəfindən yalnız aylıq ödənişlər verilir və bu mexanizmin bayram günləri üçün ayrıca formada genişləndirilməsi planlaşdırılmır.

"Bəzi şirkətlər tərəfindən xeyriyyə aksiyalarının keçirilməsi mümkündür. Adətən Yeni il ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və sosial yardıma ehtiyacı olan digər insanlara könüllü şəkildə dəstək göstərilir. Lakin dövlət tərəfindən əlavə birdəfəlik ödənişlərin ayrılması hələlik nəzərdə tutulmayıb," - deyə Natiq Cəfərli qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada