Polşa sərhədçiləri Belarusla sərhəddə tunel aşkar edib

Polşa sərhədçiləri Belarusla sərhəddə tunel aşkar edib
17:42

Polşa sərhədçiləri Belarusla sərhəddə hasarın altında 60 metr uzunluğunda tunel aşkar ediblər. 

News365.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidmətinin saytında dərc olunmuş açıqlamada bildirilir.

Agentliyin məlumatına görə, sərhəd xidmətinin əməkdaşları dünən (11 dekabr – red.) Podlasyedəki Narevka yaxınlığında Polşa-Belarus sərhədinin altında qazılmış başqa bir tunel aşkar ediblər. 

Agentliyin məlumatına görə, tunelin dərinliyi 1,5 metr, uzunluğu isə 60 metr olub (50 metr Belarus ərazisində, 10 metr Polşa ərazisində). Polşa sərhəd xidmətinin məlumatına görə, bu tuneldən istifadə edərək 180-dən çox əcnəbi qanunsuz olaraq Polşaya keçib, onlardan 130-u artıq saxlanılıb.

Bu, Polşa-Belarus sərhədində aşkarlanan dördüncü belə tuneldir.


Sizin reklam burada
Sizin reklam burada