Kupyanskın şimal-qərbi tam azad edilib.
News365.az xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Rusiya birlikləri Kupyansk istiqamətində bloklanıb.
Ukraynanın hərbi məlumat platforması olan DeepState-in bildirdiyinə görə, şəhərin bütün şimal-qərb kənarı Ukrayna qüvvələri tərəfindən tam təmizlənib.
Əməliyyatın detalı açıqlanmır, lakin bu irəliləyiş Kupyansk cəbhəsində Ukraynanın son günlərdə əldə etdiyi ən mühüm taktiki üstünlüklərdən biri kimi qiymətləndirilir.