DEM Partinin İmralı heyəti MHP lideri Bahçeli ilə görüşdü - Sülh Qanunu müzakirə olundu

DEM Partinin İmralı heyəti MHP lideri Bahçeli ilə görüşdü - Sülh Qanunu müzakirə olundu
16:42

DEM Partinin İmralı heyəti üzvü Pervin Buldan, MHP lideri Devlet Bahçeli ilə keçirilən görüşdən sonra açıqlama verib.

Buldan bildirib ki, proses ikinci mərhələyə keçib və bunun üçün hüquqi tənzimləməyə ehtiyac var:

“Bu hüquqi tənzimləmə bir ‘Sülh Qanunu’ olmalıdır. Öz fikirlərimizi Cənab Bahçeliyə çatdırdıq. Prosesə onun böyük töhfəsi oldu və bundan sonra da olacağına inanırıq”.

News365.az xəbər verir ki, MHP lideri Devlet Bahçeli isə görüş barədə fikirlərini belə ifadə edib: “Pervin xanım hər məsələni aydın şəkildə ifadə etdilər, hər cümləsinə imzamı atıram”.

DEM Partinin İmralı heyətində Pervin Buldan, Mithat Sancar və Faik Özgür Erol MHP liderini Milli Məclisdə ziyarət edib. Görüş zamanı Cənab Bahçeli İmralı heyətini girişdə qarşılayıb.

Buldan görüş zamanı 2 dekabr tarixində İmralıda baş tutan əvvəlki görüş və sonrakı müzakirələr barədə Cənab Bahçeliyə məlumat verdiklərini, prosesin gələcək mərhələlərini müzakirə etdiklərini qeyd edib. O, həmçinin görüşün çox məhsuldar olduğunu və hüquqi tənzimləmənin vacibliyini vurğulayıb.

Görüşün yekunu olaraq tərəflər, prosesin davamlı və səmərəli olacağına dair ümidlərini ifadə ediblər.


Sizin reklam burada
Sizin reklam burada