Bir eşqin hekayəsi- Səadət sarayının qurbanları -FOTO

Bir eşqin hekayəsi- Səadət sarayının qurbanları -FOTO
09:33
XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda "Qasımov qardaşları və K" şirkətinin sahibləri Hacı, Əli və İmran Qasımovun şəhərdə tikdiyi gözəl binalar bu gündə gözəlliyi ilə seçilir. Bu qardaşlar içərisində İmran Qasımovun həyatı çox acınacaqlı olub. İmran Qasımov müqavilə bağlamaqda kifayət qədər təcrübəli olsa teatrsevər bir adam idi.
İmran Qasımovun "Kəngərlinski" səhnə adı altında çıxış edən ilk Azərbaycan aktyorlarından biri olduğu barədə az məlumatılıdır. O, Üzeyir bəy Hacıbəyovun, eləcə də, Hüseynqulu Sarabskinin yaxın dostu idi.
Qeyd edim ki, Qasımov qardaşları Rusiya imperiyasının müxtəlif guşələrindən və digər yerlərdən palıd və şam ağacı, Kareliya ağcaqayını və Venesiya şüşəsi idxal edirdilər. Bakının özündə, qardaşların parket fabriki yerləşirdi. İmran Qasımovun barəsində deyirlər ki, sifariş götürən zaman keyfiyyətli materiallardan istifadə edirmiş. 2007-ci ildə Muxtarovun evində (Səadət sarayında) təmir işləri aparan ustalar belə etiraf ediblər bunu:
“100 ilə yaxındır tikilməsinə və baxımsız vəziyyətdə olmasına baxmayaraq mülkün qapı və pəncərələrində çürümə demək olar ki, yoxdur. Bu da evin taxta ilə işlənən hissələrdəki materialının uzunömürlü qoz ağacından olması ilə bağlıdır”
O, təhsilli, çox savadlı, rus və fransız dillərində sərbəst danışan adam idi. Eyni zamanda xeyriyyəçi idi. İmkanlı bir adam olduğu üçün tez-tez sənətkarların ailələrinə maddi dəstək verirdi. Hətta yazırlar ki, şəhərdə o dövrün ən çox ziyarət edilən kitab mağazalarından biri yandıqda, İmran Qasımov təkcə təmir işlərini deyil, həm də yeni, dəyərli kitabların alınmasının xərcini çəkmiş idi.
İmran Qasımovun həyat yoldaşı Rübabə xanım da çox kübar bir qadın olub. Müsəlman qadınları çadraya bürünən zaman Rübabə xanım Avropa dəbi ilə geyinib, şlyapasına straus lələyi taxaraq bəzək verərdi.
Qeyd edim ki, bu gözəl ailənin həyatının sonu da Muxtarov evinin tikintisi zamanı baş verir. Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən Muxtarovun evinin inşası, Bakı milyonçusu Murtuza Muxtarov həyat yoldaşı Yelizaveta (Liza)- üçün tikdirib.
Saray tikilən zaman xarici və yerli memarların çətinlik çəkdiyi hissə binanın üstündə oturan cənagvər heykəlinin quraşdırılması idi. Heykəli hazırlayan zaman kiçik səhvə yol verilmiş idi. Bədəni çox ağır, ayaqları isə yüngül idi. Bu cürə heykəli elə quraşdırmaq lazım idi ki, bədən ağırlıq edib, ayaqlar üzərinə düşüb qırılmasın. Bunu isə Bakıda acaq İmran Qasımov bacara bilərdi deyə fikirlər səsləndiyi üçün Muxtarov onu dəvət edir. Qasımov buna razı olub binanın damına çıxır, heykəli quraşdırır və sevinclə “hazırdır” deyə qışqırır, bu zaman ayağı sürüşür və ordan yıxılır.
Yıxılan zaman iki ayağı qırılan İmran Qasımovun müalicəsi düzgün aparılmır və ayağında qanqrena başlayır. Nəticədə iki həftə sonra qanqrenadan ölür. 35 yaşlı aktyor, memar və hüquşünas bir gəncin taleyi beləcə sona çatır.
Bakı tarixi və memarlığı üzrə tədqiqatçı Fuad Axundov yazır ki, onun həyat yoldaşı Rübabə xanımın iki çıxış yolu olur ərinin ölümündən sonra:
“Ya şəhəri tərk etməli, ya da çadra taxmalı. Ərinin aşiq olduğu qadın çıxış yolunu özünü zəhərləməkdə görür”
Bu faciəli hadisədən sonra danışırlar ki, Muxtarovun vaxtında və ondan sonra da binada qəribə səslər eşidlməyə başlanır. Şayiələrə görə, gecələr sarayda ağ paltarı ruh kimi bir şəxsin yeridiyini, ah çəkdiyini və qapıların bağlanıb-açılıdğını görənlər olub. Hətta sovet dövründə yaşlı insanlar danışır ki, Sarayda olan restoran direktoru gecə yarısı evinə getmək istəyən zaman həmin “ruh ona yaxınlaşıb və sarayı qoruduğuna görə ona təşəkkür edib”
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada