Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər.
News365.az xəbər verir ki, bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:
"Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".
Qeyd edək ki, sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib./// Qaynarinfo