Putin-Ərdoğan görüşünün təfərrüatları açıqlanıb

Putin-Ərdoğan görüşünün təfərrüatları açıqlanıb
19:00

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş danışıqlarla başlayıb. 

News365.az xəbər verir ki, bu barədə Kremlin Aşqabadda baş tutan Putin-Ərdoğan görüşü barədə yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, liderlər Rusiya və Türkiyə arasında münasibətlərin bütün sahələrdə yaxşı inkişaf etdiyini vurğulayıblar.

Bildirilib ki, Rusiya-Türkiyə münasibətlərinin çoxplanlı və çoxşaxəli olması, xüsusən də ticarət və iqtisadi məsələlərdə, beynəlxalq çağırışların və üçüncü ölkələrin təzyiqlərinin öhdəsindən gəlməyə imkan verir. 

İki ölkənin gündəmində bir çox böyük birgə layihələrin, əsasən Akkuyu Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsinin olduğu vurğulanıb. 

“Ukrayna, regional və beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb. Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Avropanın Rusiya aktivlərini ələ keçirmək cəhdlərini müzakirə ediblər. Rusiya Prezidenti bu cəhdlərə məlum qiymət verib. Tərəflər razılaşıblar ki, avropalıların bu cür düşünülməmiş hərəkətləri Bretton Vuds sisteminin və beynəlxalq maliyyə sisteminin prinsiplərinin çökməsinə gətirib çıxaracaq. Rusiya-Türkiyə danışıqları məhdud tərkibdə davam etdirilib. Daha sonra Pakistanın Baş naziri Şahbaz Şərif görüşə qoşulub”, - Kremlin məlumatında qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada