Türkiyədə “pul qazanıcı”dan Yeni il kredit kampaniyası

Türkiyədə “pul qazanıcı”dan Yeni il kredit kampaniyası
17:30

Türkiyədə iqtisadi çətinliklərin dərinləşməsi ilə qeyri-qanuni maliyyə fəaliyyətləri sosial mediada daha çox görünməyə başlayıb.

News365.az xəbər verir ki, son günlər isə özünü açıq şəkildə “pul qazanıcı” (tefeci) kimi təqdim edən bir şəxsin Yeni il üçün nəzərdə tutduğu “kredit kampaniyası” sosial media hesabında yayımlanıb.

Paylaşılan videoda şəxs əvvəllər gündəlik 5.80 faizlə borc verdiyini, bu faizi 100 bal endirərək 4.80-ə düşürdüyünü iddia edib. O, həmçinin kafelər və klub sahiblərinə müraciət edərək, onları öz üçün “əvəzolunmaz” hesab etdiyini və telefonla əlaqə saxlanmasını istəyib.

Videoda deyilir: “Yeni il gəlir, bir güzəllik edəcəyəm. Kafelərə 4.80 faizdən pul verəcəyəm… Kafecilər, klub sahibləri mənim canlarımdır.”

Hazırda şəxs tərəfindən paylaşılan videoya dair təhlükəsizlik orqanlarının hər hansı tədbir görüb-görmədiyi barədə rəsmi açıqlama verilməyib.

News365.az 



Sizin reklam burada
Sizin reklam burada